Erməni silahlı qüvvələrinin əsir götürdüyü əsgər Vüsal Qaraçayev həbs edilib

Erməni silahlı qüvvələrinin əsir götürdüyü Azərbaycan əsgəri Vüsal Qaraçayev azad olunduqdan sonra həbs edilib. Bu barədə «Azadlıq» radiosuna Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrayim Təhməzov məlumat verib. Onun sözlərinə görə, Vüsal Qaraçayev dövləti xəyanətdə və döyüş növbəsi çəkmə qaydalarını pozmaqda ittiham edilir.


Vüsal Qaraçayev Balakən Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, ötən il dekabrın 9-da Ağdam istiqamətində əsir düşüb, bundan 2 həftə sonra azadlığa buraxılıb. Hərbi prokurorluq onun həbs tarixi ilə bağlı məlumat vermir.