İraq və Əfqanıstan müharibəsinə daha 245 milyard dollar

Fevralın 3-də Bağdadda partlayış nəticəsində azı 130 adam ölüm

ABŞ prezidenti Corc Buş İraq və Əfqanıstandakı əməliyyatlara Konqresdən 245 milyard dollar istəmək fikrindədir.


Ağ Ev nümayəndəsinin dediyinə görə, prezident bunu fevralın 5-də edəcək.


Corc Buş ilin sonunadək İraq və Əfqanıstandakı əməliyyatlara 100 milyard dollar, 2008-ci ildə isə daha 145 milyard vəsait ayrılmasını istəyir.