Amerikalı diplomat prezidentlərin Qarabağ münaqişəsi barədə sazişə yaxın olduqlarını təsdiqləyib

Münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzə Bakıdan «Azadlıq» radiosunun erməni redaksiyasına verdiyi müsahibədə deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan nizamlanma prinsiplərinə 100 faiz razılaşmasalar da, çox yaxındırlar.


Cənab Brayzənin sözlərinə görə, prezidentlər nizamlanmanın baza prinsiplərinin çoxu ilə razıdırlar. Bu prinsiplər Minsk Qrupunun son planında əks olunub. Həmin plan münaqişəni mərhələli həll etməyə çağırır və yekun olaraq bu plan Dağlıq Qarabağ çevrəsində işğal olunmuş ərazilər qaytarılandan sonra referendumun keçirilməsini nəzərdə tutur.