«Azal»ın vertolyotunda yanğın olub

Vertolyotdan təlim məqsədilə istifadə etmək istəyirmişlər

«Azal» Dövlət Konserninə məxsus vertolyotda yanğın olub. MI-2 vertolyotunu işə salmağa çalışan «Azal»ın əməkdaşları mühərrikdə yanğın baş verdiyini görüblər. Onlar vertolyotdan təlim məqsədilə istifadə etmək istəyirmişlər.


«Azal»ın Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli yanğının tez bir zamanda söndürüldüyünü və heç kimin xəsarət almadığını deyir.


Hazırda yanğının səbəbləri araşdırılır.