Kanadalı nazir Xocalı barədə birinci dəfə eşitdiyini deyir

Kanadalı nazir Monte Kvinter Xocalı faciəsi ilə bağlı tədbirdə. 25 fevral 2007

Kanada Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə fevralın 25-də


Federasiyanın mərkəzi ofisində Xocalı soyqırımına həsr olunmuş mərasim keçirilib. Mərasimdə Xocalı faciəsi ilə bağlı məlumat verilib. Tədbirdə çıxış edənlər Kanadada faciənin tanıdılması yönümündü addımlar atmağın zəruri olduğunu bildiriblər.


Mərasimdə Ontario Parlamentinin üzvü, İctimai Təhlükəsizlik naziri Monte Kvinter çıxış edib. Cənab nazir və millət vəkili Xocalı soyqırımı haqqında ilk dəfə eşitdiyini və bu həqiqətlərin dünya ictimaiyyəti tərəfindən tanınmasının zəruriliyini bildirib. Nazir Kanadada hər bir icmaya öz problemlərini tanıtmaq üçün şərait yaradıldığını deyib.


Nazirin çıxışından sonra Xocalı faciəsi ilə bağlı slaydlar nümayiş etdirilib. Türk icmasının ən böyük camisi olan Pape camisində Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunub.