Prezident İlham Əliyev fevralın 26-da İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymanini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. «AzərTAc» Dövlət Teleqraf Agentliyinin məlumatına görə, ölkə başçısı Əfşar Süleymaninin səfirlik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da genişləndiyini və bu əlaqələrin inkişafına səfirin də töhfə verdiyini bildirib.
Əfşar Süleymani isə Azərbaycanda işlədiyi illərin böyük təəssüratla yadda qalacağını deyib.