1 saylı Ruhi-Əsəb Xəstəxanasında qətl hadisəsi baş verib

Maştağa qəsəbəsindəki 1 saylı Ruhi-Əsəb Xəstəxanasında qətl hadisəsi baş verib. Bərdə rayon sakini Ruslan Məmmədov münaqişə zəminində Maştağa qəsəbəsi sakini Məşədiağa Həsənovu kəsici alətlə qətlə yetirib və hadisə yerindən qaçıb. «Trend» xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Məmmədov Bərdə rayonu ərazisində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.