Səudiyyə Ərəbistanında «quş qripi» aşkarlanıb

Səudiyyə Ərəbistanının Şərq əyalətində şəxsi fermalardan birində H5N1 virusunun aşkarlanması ilə əlaqədar 700-dək quş məhv edilib. Bu haqda «Ər-Riyad» qəzeti məlumat verir.


Laboratoriya yolu ilə müəyyənləşdirilib ki, quşların tələfatına səbəb «quş qripi»dir. Rayonda karantin elan olunub. Mütəxəssislərin fikrincə, təhlükəli virusu fermaya köçəri quşlar gətirib.


Səudiyyə Ərəbistanı Kənd Təsərrüfatı Nazirliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün ferma sahiblərini lazımi sanitar-gigiyenik tədbirlərə riayət etməyə çağırır.