ABŞ Senatı İraqa dair müzakirələrə başlayır

Martın 26-da ABŞ Senatında İraq müharibəsinə vəsait buraxılmasına dair müzakirələr başlayır.


Martın 23-də Nümayəndələr Palatası İraq və Əfqanıstanda hərbi ehtiyaclar üçün xərcləri təsdiq edib. Eyni zamanda, 2008-ci ilin avqustuna qədər Amerika qoşunlarının İraqdan çıxarılmasına çağırıb.


ABŞ prezidenti Corc Buş bəyan edib ki, qoşunların İraqdan vaxtından əvvəl çıxarılması haqqında Konqresin istənilən qərarına veto qoyacaq.