Ötən həftə saxlanan 15 Britaniya dənizçisinin İranda dindirilməsinə başlanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib.
O, deyib ki, istintaq britaniyalıların İranın ərazi sularına keçməsinin qəsdən edilib-edilmədiyini müəyyənləşdirməlidir.
Böyük Britaniya isə israr edir ki, dənizçilər İran yox, İraq sularında tutulublar və onlar dərhal azad edilməlidirlər.