Ukraynada siyasi böhran davam edir

Martın 31-də Kiyevdə hakim koalisiya və müxalifət tərəfdarlarının kütləvi aksiyalarında 60 minədək insan iştirak edib.


Müxalifət mitinqinin iştirakçıları prezident Viktor Yuşşenkodan Viktor Yanukoviç hökumətini dərhal istefaya göndərməyə və yeni parlament seçkiləri keçirməyə çağırıblar.


Bundan qabaq Yuşşenkko hakim koalisiyanı hakimiyyəti zəbt etməkdə təqsirləndirib və Ali Radanın buraxılmasının mümkünlüyünü istisna etməyib.


Yanukoviç cavabında ultimatumları qəbul etmədiyini bildirib.