«Konstanta-Triest» neft kəmərinə dair saziş imzalanıb

Rumıniya, Xorvatiya, Serbiya, Sloveniya və İtaliya Rumıniyanın Qara dənizdəki Konstanta limanını İtaliyanın Adriatik dənizindəki Triest limanı ilə birləşdirəcək neft kəmərinin inşasına dair ilkin saziş imzalayıblar.


1400 kilometr uzunluqda və 2-3.5 milyard dollar dəyərində olan neft kəməri Türkiyənin Bosfor və Dardanel boğazlarından yan keçməklə, Xəzər neftini Avropa bazarlarına daşımaq imkanı verəcək.


Ekspert qiymətləndirmələrinə əsasən, o, Bolqarıstan, Rusiya və Yunanıstanın tikməyə hazırlaşdıqları Burqas-Aleksandrupolis neft kəmərinə rəqabət təşkil edəcək.