Kosovo parlamenti «Ahtisaari» planını qəbul edib

Kosovo parlamenti BMT-nin xüsusi elçisi Martti Ahtisaarinin diyarın gələcək statusuna dair işləyib hazırladığı planı qəbul edib. Plan Kosovonun Serbiyadan müstəqilliyini nəzərdə tutur - ilk dövrdə beynəlxalq nəzarət altında. Səsvermədə diyarın serb əhalisinin nümayəndələri iştirak etməyiblər.

Qüvvəyə minməsi üçün planı BMT Təhlükəsizlik Şurası təsdiq etməlidir. Serbiya onu qəti surətdə rədd edib.