53 Nobel laureatı erməniləri və türkləri münasibətləri yaxşılaşdırmağa çağırır

Laureatların məktubunu Bəşəriyyət üzrə Eli Viezel Fondu yayıb. Eli Viezel Holokostdan sağ çıxanlardan biridir, 1986-cı ildə Nobel Sülh Mükafatı alıb. Məktub müəllifləri Ermənistan və Türkiyəni çağırırlar ki, sərhədləri açsınlar, rəsmi əlaqələri yaxşılaşdırsınlar, ermənilərin türklər tərəfindən kütləvi qırılması barədə fikir ayrılıqlarını həll etsinlər.