Türkiyədə nəşriyyata hücum zamanı üç nəfər ölüb

Türkiyənin şərqində, Malatya şəhərində xristian ədəbiyyatını dərc edən nəşriyyata hücum nəticəsində üç adam ölüb, dördü isə bıçaq yarası alıb.


Öldürülənlər nəşriyyat işçiləridir.


«Azadlıq» radiosunun müxbirinin məlumatına görə, hücumu Türkiyə ərazisində «Bibliya»nın yayılmasına qarşı etiraz edən millətçilər törədiblər.