Avropalı astronomlar iddia edirlər ki, günəş sistemindən kənarda Yerəbənzər planet tapıblar

Almaniyada yerləşən Avropa Cənub Rəsədxanası hesablayıb ki, həmin planetdə temperatur 0 və müsbət 40 dərəcə arasındadır. Ola bilsin orada su da var. Bununla belə alimlər Yerə bənzəyən planetdə həyatın olub-olmadığını müəyyənləşdirə bilməyiblər.