Üzeyir Cəfərov həkim ekspertizasından keçirilib

Aprelin 25-də «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov həkim ekspertizasından keçirilib. Üzeyir Cəfərov deyir ki, həkimlər ona yaxın bir həftədə ekspertizanın rəyini təqdim edəcəklərini bildiriblər.


Jurnalistin bu gün xəstəxanadan çıxarılacağı gözlənilirdi. Ancaq ağrılar yenidən gücləndiyindən həkimlər ona müalicəsini davam etdirməyi tövsiyə ediblər.


Üzeyir Cəfərov aprelin 20-i gecə saatlarında işdən evə gedərkən fiziki zorakılığa məruz qalıb. Naməlum şəxslər küt alətlərlə jurnalistə xəsarət yetiriblər. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.