İyunun 10-da Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır. «Trend» bildirir ki, bu barədə Robert Koçaryan Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşündə bəyan edib.
«Nazirlərin son görüşü əvvəlkinə nisbətən daha sakit şəraitdə keçib və bu da nikbin bəyanatlar üçün səbəb olub» - deyə Ermənistan prezidenti qeyd edib.