Moskvada azərbaycanlı və erməni tələbələr arasında kütləvi dava olub

Mayın 1-də Moskvada Azərbaycandan və Ermənistandan olan tələbələr arasında kütləvi dava olub. İnsident Rusiyanın Xalqlar Dostluğu Universitetində baş verib.


Mayın 1-də Ümumdünya Tələbə Günü qeyd olunur. Bununla əlaqədar bütün ölkələrdən olan tələbələr universitetdə öz sərgilərini düzənləyib.


Tələbələrdən birinin «Turan»a verdiyi məlumata görə, Ermənistanla Azərbaycanın sərgiləri yan-yana qurulub və davaya səbəb ermənilərin Dağlıq Qarabağın «bayrağını» qaldırması olub. Bu, azərbaycanlı tələbələrin etirazına səbəb olub və münaqişə odlu silah tətbiq olmaqla davaya keçib. Nəticədə bir nəfər azərbaycanlı tələbə yaralanıb və xəstəxanaya aparılıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Təhqiqat aparılır.