Belarusla Azərbaycan yolların salınmasında əməkdaşlıq edəcək

Belarusla Azərbaycan traktor və yük maşınlarının birgə istehsalı ilə yanaşı, yolların salınmasında da əməkdaşlıq edəcək. Bunu Belarusun Ticarət-Sənaye Palatasının sədr müavini Yuri Losiçki birinci Belarus ixrac mallarının sərgisində deyib. O, bildirib ki, «Azərbaycanda çoxlu yollar tikilir. Ona görə də, Belarusun yol texnikasına böyük tələbat var».


Cənab Losiçki bildirib ki, artıq bununla bağlı ilkin danışıqlar da aparılıb.