Bakıda beşinci Beynəlxalq Ombudsmanlar Konfransı keçiriləcək

Bakıda beşinci Beynəlxalq Ombudsmanlar Konfransı keçiriləcək. Bunu Azərbaycanın İnsan Haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib. O, bildirib ki, iyunun 12-18-i aralığında keçiriləcək konfransa bir çox ölkələrin Ombudsman Aparatının nümayəndələri qatılacaq.


Süleymanova eyni zamanda, bildirib ki, bölgələrdə Ombudsman Aparatının fəaliyyətini daha keyfiyyətli qurması üçün regional ofislər də açılmaqdadır. Növbəti belə ofis isə yaxın günlərdə Gəncədə açılmalıdır.