Mayın ikinci on günlüyündə də Azərbaycanda temperatur iqlim normasından aşağı olacaq, hərarət 16-19 dərəcədən yüksək olmayacaq, hava qeyri-sabit, buludlu və yağmurlu keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometereologiya Departamentinin direktor müavini Umayra Tağıyeva «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, bu günlərdə bölgələrdə və paytaxtda qısamüddətli yağış yağacaq. Mayın 12-də küləyin sürəti azalsa da, bazar günü yenə də artacaq. Yalnız çərşənbə axşamı küləyin kəsəcəyi gözlənilir.
Xanım Tağıyeva bildirir ki, son illər maraqlı tendensiya müşahidə olunur. Məhz mayda temperatur normadan aşağı olur. 2000, 2002, 2004 və 2006-cı illər buna sübutdur.