Qazaxıstan parlamenti ölkə konstitusiyasına dəyişiklikləri qəbul edib

Qazaxıstan parlamentinin hər iki palatası prezidentin səlahiyyətləri ilə bağlı konstitusiyaya dəyişiklikləri qəbul edib. Bundan sonra ölkə prezidenti bir neçə dəfə bu posta seçilə bilər. Prezident Nursultan Nazarbayev hazırda ikinci müddətə prezidentlik edir, onun səlahiyyət müddəti 2012-ci ildə bitəcək. Nazarbayev 1991-ci ildən ölkə başçısıdır.