Güclü leysan Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Keçili kəndində kənd çayının məcrasından çıxmasına səbəb olub. Nəticədə çayın yaxınlığında yerləşən evlərə, əkin sahələrinə ciddi ziyan dəyib. Kənd sakinlərindən verilən məlumatlara görə, yağışın sonradan doluya çevrilməsi yeni əkilmiş kənd təsərrüfatı məhsullarını məhv edib.
«Dərə başı» adlanın ərazidə sürüşmə baş verib. Orada 9 ev yerləşir. Kənd sakini Əmirxan Məmmədovun evi daha təhlükəli haldadır, onun hər an uçmaq təhlükəsi var.
Ümumiyyətlə, iki gündür Muxtar Respublikaya yağan güclü leysan nəinki Şahbuzda eyni zamanda digər rayonlara da ciddi ziyan vurub.