Qazaxıstan prezidentinin kürəkəni axtarışa verilib

Qazaxıstan prezidentinin kürəkəni – Raxat Əliyev beynəlxalq axtarışa verilib. Məlumatı respublikanın Daxili İşlər Nazirliyi yayıb.


Buna qədər prezident Nursultan Nazarbayev Əliyevi Avstriyadakı səfir vəzifəsindən azad edib. Ona qarşı cinayət işi açılıb. Əliyev bu ilin yanvarında «Nurbank» rəhbərliyinin iki keçmiş üzvünün oğurlanmasında iştirakda şübhəli bilinir.


Raxat Əliyev isə deyir ki, ona qarşı təqiblərə səbəb 2012-ci ildə prezident seçkisində iştirak etmək niyyətidir.