Beynəlxalq qurumlar sahibkarlıqla bağlı layihəni qiymətləndirirlər

İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramının layihəsi hazırlanıb. Həmin sənəd həm beynəlxalq qurumlar, həm də müvafiq dövlət qurumları tərəfindən müzakirə olunur. Bu haqda nazirliyin Sahibkarlığın İnkişafı Departamentinin rəis müavini Hüseyn Paşayev məlumat verib. Proqram 2007-2012-ci illəri əhatə edəcək.


Paşayev onu da deyib ki, ölkədə biznes mühitini əlverişli etmək üçün başqa layihələr də (məsələn, biznesə başlamaq prosedurları, tikinti sahəsində icazələr sisteminin sadələşdirilməsi ilə bağlı) hazırlanıb. Həmin layihələr artıq rəsmi qurumlarda razılaşdırma mərhələsindədir. Bundan başqa, ölkəyə əlavə sərmayə gətirmək məqsədilə parlamentdə investisiya haqqında yeni qanun üzərində iş gedir.