Azərbaycanın hərbi xərcləri 82% artıb

Son on ildə bütün dövlətlərin hərbi xərcləri 37% artaraq 1,2 milyarda çatıb

Azərbaycan və Belarus yüksək hərbi xərclərə malik olan ölkələr kimi qiymətləndirilir. 2005-ci ildən bu yana hərbi xərclər müvafiq olaraq 82 və 56 faiz artıb.


Bu fikir Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında öz əksini tapıb.


Ümumilikdə isə, dünyada hərbi xərclər 2005-ci illə müqayisədə 3,5 faiz artaraq, 2006-cı ildə 1,2 triliyon dollara çatıb. 1997-2006-cı illər ərzində hərbi məqsədlər üçün ayrılan vəsait 37% artıb.


ABŞ hərbi büdcəsinə görə dünyada birinci yeri tutur. 2006-cı ildə Amerika hərbi məqsədlərə 529 milyard dollar ayırıb.