Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü payız aylarında baş tuta bilər. Bununla bağlı iyunun 13-də jurnalistlərə Prezidentin İcra Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, bir müddətdən sonra hər iki ölkənin xarici işlər nazirləri yenidən görüşəcəklər.
Sonuncu dəfə İlham Əliyev ermənistanlı həmkarı ilə iyunun 9-da Sankt-Peterburqda görüşüb. Danışıqlar nəticəsiz başa çatıb.