Şimon Peres İsrailin doqquzuncu prezidenti oldu

İsrail siyasətinin veteranı Şimon Peres parlamentdə - Knessetdə səsvermənin ikinci turunda qalib gələrək, İsrailin yeni prezidenti oldu.


Bu turda səsvermə alternativsiz olub: onun iki rəqibi namizədliyini geri götürüb və Peresə səs verməyə çağırıblar.


İsraildə prezident postu çox cəhətdən formaldır. Bu postu 2000-ci ildən tutan Moşe Katsav son vaxtlar səlahiyyətlərini icra etmirdi. Ona qarşı zorlama və cinsi qısnama ittihamları irəli sürülüb.


Yeddi il əvvəl prezident yarışını Katsava məhz Şimon Peres uduzmuşdu.