Avropa Birliyinin sammitində yeni Avropa müqaviləsinin layihəsi razılaşdırılıb

Polşa prezidenti Lex Kaçinski və Almaniya kansleri Angela Merkel, 21 iyun 2007
Brüsseldə Avropa Birliyinin sammitində yeni Avropa müqaviləsinin layihəsi razılaşdırılıb.

O, Avropa Birliyi institutlarının islahatını nəzərdə tutur. Prezident postu yaradılır, vahid xarici siyasət kursu müəyyənləşdirilir, Avropa Parlamenti və ayrı-ayrı ölkələrin parlamentlərinin rolu artırılır.


Son anda Polşa daha iri ölkələr üçün sərfəli olan yeni səsvermə sisteminin qəbuluna razılıq verib. Bunun müqabilində Varşava güzəştlər əldə etməyə də müvəffəq olub – bu sistem yalnız 2014-cü ildə tətbiq olunmağa başlayacaq.


Yeni prinsipə əsasən, istənilən qərarın qəbulu üçün ona Birliyə üzv ölkələrin 55 faizi səs verməlidir, özü də qərara səs verən həmin ölkələrdə Avropa Birliyi əhalisinin 65 faizi yaşamalıdır.


Yeni müqavilə Avropa Birliyinin Konstitusiyası layihəsini əvəz edəcək. İki il əvvəl Fransa və Hollandiyada əhali konstitusiya layihəsini rədd etmişdi.