«Müxalifət» qəzetinin əməkdaşları həbsdə aclıq aksiyasına başlayıblar

Bayıl həbsxanasında saxlanılan «Müxalifət» qəzetinin əməkdaşları - Yaşar Ağazadə və Rövşən Kəbirli aclıq aksiyasına başlayıblar.



«Məqsəd Azərbaycanda söz azadlığına qarşı yönələn ardıcıl basqılara Avropa Şurası Parlament Assambleyasının adekvat reaksiya verməsinə nail olmaqdır».



Bu haqda «Azadlıq» radiosuna Yaşar Ağazadə və Rövşən Kəbirlinin hüquqlarını müdafiə komitəsinin üzvü, Müsavat başqanının müavini Mehman Cavadoğlu məlumat verib.


Deputat Cəlal Əliyevin iddiası ilə Yaşar Ağazadə və Rövşən Kəbirli mayın 16-da hər biri 2 il 6 ay azadlıqdan məhrum ediliblər. Maliyyə çətinliyi səbəbindən isə iyunun 16-dan «Müxalifət» qəzetinin fəaliyyəti dayandırılıb.