«16 mərtəbə»də yanğın olub

Binada Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi də yerləşir

Bakının mərkəzində, Salatın Əsgərova küçəsində yerləşən 16 mərtəbəli binada yanğın baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətindən Əkbər Novruzov «Azadlıq» radiosuna deyib ki, binanın 13-cü mərtəbəsində baş verən yanğını tez söndürüblər, ancaq bir nəfər xəsarət alıb.


Cənab Novruzov deyir ki, təxminən 40 kvadratmetrlik ərazidə aparılan təmir işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb. Fəhlələrdən biri isə yanğını söndürməyə cəhd göstərəndə, xəsarət alıb.


Binada müxtəlif qurumlar, o cümlədən Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi də yerləşir.