Rene Van der Linden Qarabağ məsələsində optimist olmadığını deyir

İyulun 8-10-da AŞPA prezidenti Reno Van der Lenden Bakıya gələcək

Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene Van der Linden Qarabağ məsələsində nikbin olmadığını deyib. Linden bunu Tbilisidə Ermənistanda apardığı danışıqlardan qayıdandan sonra bildirib.


«Bu məni təəssüfləndirir ki, mən iki ildən sonra da real inkişaf görmədim. Mən nikbin deyildim. Ermənistanda danışıqlardan sonra bu rəyim dəyişilmədi. Mən Azərbaycanda baş verənləri müşahidə edəcəyəm. Qarabağ məsələsinin öz həllini tapması bütün region, eyni zamanda ölkələrin gələcəyi üçün vacibdir».


İyulun 8-10-da isə AŞPA prezidenti Reno Van der Lenden Bakıya gələcək.