Azərbaycan Ümumdünya Ticarət Təşkilatına 2008-2009-cu illərdə üzv ola bilər. Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iyulun 10-da jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, iş yaxşı qurulsa, proses bir-iki ilə yekunlaşa bilər. Cənab Məmmədquliyev deyir ki, hər şey danışıqların gedişindən, Azərbaycanın qoyulan tələbləri, o cümlədən qanunvericiliyə dəyişiklikləri intensivləşdirməsindən asılıdır.
Azərbaycan 1997-ci ildə ÜTT-yə üzv olmaq üçün müraciət edib.