«əl-Qaidə» yazıçı Salman Rüşdiyə rıtsar adı verilməsinə cavab olaraq Böyük Britaniyanı yeni terror aktları törətməklə hədələyir.
Bu haqda terror qruplaşmasının liderlərindən biri – Ayman əz-Zəvahirinin internetdə yayılan bəyanatında deyilir.
İran, Pakistan və İraq «Şeytan ayələri» kitabının müəllifinin rıtsarlıqla təltif olunmasını tənqid ediblər, müsəlmanlar bunu islam üçün təhqiredici sayırlar.
Romanın 1988-ci ildə dərc olunması beynəlxalq qalmaqal yaratmışdı.