«Ümidvaram ki, 22 iyul Azərbaycanın media tarixində mühüm gün olacaq». ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi iyulun 16-da həbsdə olan jurnalistlərin azadlığa buraxılmasıyla bağlı sualı cavablandırarkən belə deyib. Ancaq səfir yeddi jurnalistin azad olunub-olunmayacağı barədə konkret bir söz deməyib. Xanım Dörsi əmindir ki, demokratiyanın əsas təsisatı funksiyasını həyata keçirən mətbuat Azərbaycanda inkişaf edəcək.
Hazırda Azərbaycanda müxtəlif ittihamlarla yeddi jurnalist həbsdədir.
Mətbuat Şurası onların əfv edilməsi üçün ölkə prezidentinə müraciət edib. Bir çox beynəlxalq təşkilatlar da jurnalistlərin azadlığa buraxılmasıyla bağlı bəyanat yayıblar.