Amerika Birləşmiş Ştatları «Dağlıq Qarabağ Respublikası» adında dövlət tanımır. AzərTAc xəbər verir ki, bunu iyulun 19-da Birləşmiş Ştatların Azərbaycandakı səfiri xanım Enn Ders Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən prezident seçkilərinə ölkəsinin rəsmi münasibətini bildirərkən deyib.
Amerikalı diplomat bildirib ki, Dağlıq Qarabağ bölgəsində keçirilən seçkiləri ABŞ-dan rəsmi olaraq heç bir müşahidəçi izləmir.
Tanınmamış Dağlıq Qarabağ Respublikasında prezident seçkiləri iyulun 19-da keçirilir.