İnquşetiyada Federal Təhlükəsizlik Xidmətinin idarəsini atəşə tutmaqda şübhəli bilinən dörd nəfər saxlanıb

İnquşetiyanın prokuroru Yuri Turıqin prezident administrasiyasının binasının da atəşə tutulduğu haqda xəbəri təkzib edib.


İyulun 27-də axşam İnquşetiyanın paytaxtı Nazranda Federal Təhlükəsizlik Xidməti idarəsinin binası qumbaraatanlardan atəşə tutulub.


Hücum nəticəsində bir hərbçi həlak olub.


Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, atəş Ali-Yurt kəndi istiqamətindən açılıb. Kənd mühasirəyə alınıb.


İnquşetiya Çeçenistanla həmsərhəddir.