İordaniya Azərbaycanla yük daşımaları sahəsində əməkdaşlıqda maraqlıdır

İordaniya Azərbaycanla yük daşımaları sahəsində, konkret olaraq Asiyadan yüklərin daşınması məsələsində əməkdaşlıq etməyə maraq göstərir. Bunu iyulun 31-də prezidentin mətbuat katibi Azər Qasımov deyib.


Onun sözlərinə görə, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin iyulun 29-30-da İordaniyaya səfəri zamanı müzakirə olunub.


Qasımovun sözlərinə görə, Azərbaycan prezidentinin İordaniyada imzaladığı sənədlər nəticəsində iki ölkə arasındakı iqtisadi əməkdaşlıq inkişaf edəcək.