Yeni tikilən binada qəza baş verib

Dərnəgül yolu «Elit» Ticarət Mərkəzinin yaxınlığında yeni tikilən binada qəza baş verib. Bu barədə ANS PRESS-ə şahidlər məlumat veriblər. Binanın üçüncü mərtəbəsində beton tökmə işləri apalarkən karkas dağılıb və sonuncu mərtəbə tamamilə uçub. İtki və xəsarət alanlar barədə məlumat yoxdur.