Belqrad Kosovoya «dünyada ən geniş muxtariyyət» vəd edir

Serbiyanın Xarici İşlər naziri Vuk Yeremiç Kosovoya Serbiya dövləti daxilində «dünyada ən geniş muxtariyyət» verməyi vəd edib.


Yeremiç BBC-yə deyib ki, belə muxtariyyət diyarın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını və xaricdə təmsilçilik açmasını nəzərdə tuta bilər.


Diyarın əhalisinin 90 faizini təşkil edən Kosovo albanları müstəqillik verilməsində israr edirlər.