Yeni təqaüd sistemi layihəsi üzərində müzakirələr aparılır

ABŞ Ticarət və İnkişaf Agentliyi Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə yeni təqaüd sistemi layihəsi üzərində müzakirələr aparır.


Bunu ABŞ Ticarət və İnkişaf Agentliyinin baş müşaviri Ceyms Uayldrotter deyib. Onun sözlərinə görə, Agentlik Azərbaycanın enerji sahəsindən başqa turizm və kommunikasiya sektorlarına da dəstək verir.


Ceyms Uayldrotter deyir ki, Azərbaycan iqtisadiyyatına dəstək vermək üçün Agentlik bir sıra başqa sahələrdə də fəaliyyət göstərir.


Ceyms Uayldrotter Azərbaycana səfəri çərçivəsində avqustun 16-da Bakıda Transxəzər neft və qaz boru kəmərlərinin tikintisi layihəsi üzrə təhqiqatların aparılması üçün ABŞ Ticarət və İnkişaf Agentliyi ilə Dövlət Neft Şirkəti arasında qrant sazişi imzalanıb.