BBC FM dalğasından məhrum edildi

Radiostansiya birinci dəfə deyil ki, bu cür problemlərlə üzləşir

BBC-nin rus xidməti avqustun 17-dən FM dalğasından məhrum oldu.

Bu barədə «Azadlıq» radiosuna BBC Moskva bürosunun baş redaktoru Konstantin Eqqert məlumat verib.


Dalğalarında BBC proqramlarının yayımlandığı «Böyük Radio»nun sahibi korporasiyaya bildirib ki, Rusiya lisenziyalaşdırma orqanlarının tələbi ilə verilişlər efirdən çıxarılır.


BBC müvafiq federal xidmətdən qərara yenidən baxmağı xahiş etmək niyyətindədir.


Radiostansiya birinci dəfə deyil ki, bu cür problemlərlə üzləşir.


Ötən il «Radio Arsenal» Moskvada, bu il isə «Radio Leninqrad» Peterburqda BBC-nin proqramlarını yaymaqdan imtina edib.