Astarada itləri güllələyirlər

Baş həkimin sözlərinə görə, rayonda dörd nəfəri it, bir nəfəri isə porsuq dişləyib

Astara rayonunda itləri güllələyirlər. Bir neçə gün ərzində artıq 100-ə yaxın it güllələnib. Astara Rayon Xəstəxanasının baş həkimi Arif Bağırov «Azadlıq» radiosuna deyib ki, bu, son günlər rayonda it dişləməsi nəticəsində bir neçə nəfərin quduzluğa yoluxma ehtimalının olmasıyla bağlıdır.


Baş həkimin sözlərinə görə, rayonda dörd nəfəri it, bir nəfəri isə porsuq dişləyib. Quduzluğa tutulmuş inəyin dişləməsi nəticəsində daha bir nəfər də xəstəxanaya müraciət edib.


Bütün zərərçəkənlərə dərhal quduzluq əleyhinə vaksin vurulub. Arif Bağırov onların ev şəraitində müalicə olunduğunu bildirir.