Avqustun 24-də ölkənin paytaxtında 200 yəmənli dövlət hesabına toy ediblər. Məlumatı «əl-Cəzirə» ərəb peyk kanalı yayıb.
Ölkədə iqtisadi vəziyyət pisləşib, həyat səviyyəsi düşüb və qiymətlər artıb. Ona görə gənc yəmənlilər bütün toy xərclərini müstəqil ödəyə bilmirlər.
Bəylər sərt meyarlara uyğun seçiliblər. Bu gənclər nümunəvi davranış və möminliyi ilə fərqləniblər, ölkənin ictimai həyatında fəal iştirak ediblər.