«Neftçi»yə «Zenit»in eks-məşqçisi rəhbərlik edə bilər

Çexiyalı mütəxəssis Vlastimil Petrjela «Neftçi» klubuna başçılıq edə bilər. Rusiyanın «Sport den za dnem» nəşrinin məlumatına əsasən, vaxtilə Sankt-Peterburqun «Zenit» komandasını çalışdırmış məşqçi artıq Bakıda olub, klub rəhbərliyi ilə görüşüb və «Neftçi»nin iştirakı ilə keçirilən oyunu izləyib. «Bakıda bir neçə gün oldum. Gördüklərim xoşuma gəldi, halbuki ilk növbədə buradakı infrastrukturun səviyyəsi barədə düşünmürdüm. Fikirlərim çalışdıracağım komanda ilə bağlı idi. Qeyd edim ki, «Neftçi»də heç də pis futbolçular yığışmayıb və mən komandanın inkişafı üçün perspektiv görürəm» - deyə Petrjela nəşrə açıqlamasında deyib.


Güman olunur ki, Petrjela Bakıya döndükdə «Neftçi» ilə birillik müqavilə bağlayacaq. (Trend)