Rusiyada seçki kampaniyası başlayır

Sentyabrın 5-də Rusiyada seçki kampaniyası başlayır.


«Rossiyskaya qazeta» dekabrın 2-də Dövlət Dumasına seçkilərin keçirilməsi haqqında fərmanını dərc edib.


İlk dəfədir ki, 450 deputatın hamısı proporsional sistem, yəni partiya siyahıları üzrə seçiləcək. Parlamentə keçid baryeri 5-dən 7 faizə qaldırılıb, seçki bloklarının yaradılması qadağan edilib, seçicilərin səsvermədə iştirak faizi və seçki bülletenində «hamıya qarşı» qrafası ləğv olunub.


Rusiyada qeydə alınan partiyaların sayı üç ildə 44-dən 15-ə düşüb.