Azərbaycan ordusunun iki əsgəri həlak olub

Sentyabrın 4-də Azərbaycan ordusunun iki əsgəri həlak olub. Muxtar Osmanov Ağdamın Nəmirli, İsmayıl Hüseynov isə Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində həlak olublar.


Başından yaralanan Muxtar Osmanov hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Hər iki faktı Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Nazirliyin məlumatında o da bildirilir ki, atışmalarda 3 erməni əsgəri öldürülüb.