Toyda zəhərlənənlərdə infeksiyalar aşkarlanıb

Zəhərlənənlərdən götürülən qan analizinin cavabları bəlli olub

Bakının Binə qəsəbəsində toy məclisində zəhərlənənlərdən götürülən qan analizinin cavabları bəlli olub.

Bu barədə «Azadlıq» radiosuna məlumat verən 5 saylı Birləşmiş Yoluxucu Uşaq Xəstəxanasının baş həkimi Raifə Nacinin sözlərinə görə, uşaqlarda salmonellyoz və göy iri çöpləri, böyüklərdə isə qızılı stafillokok infeksiyaları aşkar edilib. Bu xəstəliklərə isə adətən qidadan yoluxmaq mümkündür.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ekspertləri də artıq zəhərlənmənin ev şəraitində hazırlanan yeməklərin düzgün saxlanmaması səbəbindən baş verdiyi haqda rəy veriblər.


Sentyabrın 4-də Bakının Binə qəsəbəsində keçirilən toy məclisində 60-dan çox adam zəhərlənmişdi.