Sentyabrın 14-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət İdarəsinin direktor müavini, briqada generalı Uilyam Meyveli qəbul edib.
Amerikalı general Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının inkişafında ölkəsinin maraqlı olduğunu bildirib.
«Turan» xəbər verir ki, görüşün sonunda «Azərbaycan-ABŞ hərbi əməkdaşlığı üzrə İş Planı» imzalanıb. Sənədi Azərbaycan tərəfdən general-polkovnik S.Əbiyev, Amerika tərəfdən isə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Kraddok imzalayıb.